Söz var, deyirlər, üzlər görmüş üz var,
Dəvədən böyük fil var, əllidən böyük yüz var.
Qınamağa yer də qalmayıb, bilmirsən axı necədi,
Hər şey dəyişib. İndi tüstüsüz də köz var.
Sərbəstlik itib çoxdan, yoxdur, hərəkətlər sərhədli,
Hər tində, bacada bizə baxan bir göz var.
Yüz bar, yüz diskoteka var,
Amma yenə də dincəlməyə yer tapmır qızlar.
Gizlimiz aşkar, ingilislər Bakını apar ha apar,
Bizdə artıq nə iqtisadiyyat, nə də ki bazar.
Günümüz azar-bezar, nə qədər olar?
Evdə üzümüzə həsrət qalıb uşaqlar,
Gedəndə də pul istəyirlər.
A qardaş, pul var?
Bakıdır da, hər gün qazılır yollar,
Maraqlıdır, nə axtarırlar?
Bizim nə çəkdiyimizi nə bilir e yuxarılar?
Düz-əməlli veriliş də yoxdur,
Boşuna işləyir bu telekanallar.
Çəksin də, çəksin, gəlib, nə gündə yaşayırlar.