(verse 1: PRoMete)
Bu artıq biznesdir, bir az dəyişiklik,
Mikrofonda mən boom boom, sən mouse-la click-click.
Ya da roll scroll çıxım timeline-dan,
Adım artıq 7 ildir düşmür hedline-dan.
Nə qədər sevməyən var, o qədər də dartan,
Ayaqdan, başdan süzmür indi dostlar,
Belə dosta ad da gərək deyil, ad Yosma,
Qulağına belə alma, kefini də pozma.
Sən oyna, bədənini tər parıldadacaq,
Sıxılıb qalacaqsan küncdə de haçanacan?
Ən asan halda sən gizlənəcəksən otağında,
iPhone-da mən play-də qulağında,
Boom, boom, boom, döyülür qapılar,
Boom, boom, boom, yox kimsə qonşuda,
Qulaq asır nəyəsə, tanış beat-dir deyəsən,
Tam səs ilə, özü də bu gəlir xoşuna.
(nəqarət: Sailor)
Qaldır, sağa, sola əllərini,
Səs ver, nə qədər gəlir səsimiz.
Qışqır, qat kütləyə səsini,
Bəsdir!
Yox, bu deyil bəsimiz! (x2)
(verse 2: PRoMete)
Eyni rəngdə günlərdən gəlmisənsə təngə,
Başın problemlər içində vurursa ləngər,
Sağa-sola, sən girmə rola, ol özün kimi,
Gəl gir dance pool-a!
Biz bu biznesin altını da, üstünü də bir söz,
Mikrofon indi ağasındadır, sən dur döz.
Yox, sən rəqs et və unut özünü,
Budur bütün problemlərinin çözümü.
Onsuz qısa həyatı eləmə daha da dar,
Yoxsa bütün ucuzluqlar da bahalaşar.
Yorma başı yaşa, vurma başı daşa,
Sən özün üçün yaşa, nə qədər fırlanır bu şar.
Düzdü, deyil bura Hollywood, ya da L.A,
Düzdü, mən də səhnədə nə Diddy, nə Lil Wayne.
Başı gicəlləndirmir Bakıda heç vaxt fame,
Səhnə sevir deyəni, no pain, no gain!
(nəqarət: Sailor)
Qaldır, sağa, sola əllərini,
Səs ver, nə qədər gəlir səsimiz.
Qışqır, qat kütləyə səsini,
Bəsdir!
Yox, bu deyil bəsimiz! (x2)
Səsə səs ver, ol bizdən biri,
Ol tək, olma yüzdən biri,
Axtarma dərin ümman sən,
Tapmayacaqsan sözdən dərin.
(nəqarət: Sailor)
Qaldır, sağa, sola əllərini,
Səs ver, nə qədər gəlir səsimiz.
Qışqır, qat kütləyə səsini,
Bəsdir!
Yox, bu deyil bəsimiz! (x2)