Bəlkə mən, bəlkə sən
dünyada dəyişiklik edə bilərik.
Biz qaranlıqda itirdiyimiz
ruha doğru uzanırıq...
Bəlkə mən, bəlkə sən
Ulduzlara açar tapa bilərik
ümidin ruhunu tutmaq üçün,
bir ümidsiz ürəyi xilas etmək üçün...
Sən göyə baxırsan
beynində bütün o suallarla...
Sənin bircə gərəyin
ürəyinin səsini dinləməkdir...
Ağrı-acı dolu dünyada
kimsə sənin adını çağırır...
Niyə də bunu gerçəkləşdirməyək -
bəlkə mən, bəlkə sən?..
Bəlkə mən, bəlkə sən
bəzən sadəcə xəyal qururuq.
Amma dünya soyuq olardı
sənin kimi xəyalquranlar olmasaydı.
Bəlkə mən, bəlkə sən
sadəcə Sevginin əsgərləriyik,
Atəşi daşımaq üçün doğulmuşuq,
Qaranlığa Sevgi gətirmək üçün...
Sən göyə baxırsan
beynində bütün o suallarla...
Sənin bircə gərəyin
ürəyinin səsini dinləməkdir...
Ağrı-acı dolu dünyada
kimsə sənin adını çağırır...
Niyə də bunu gerçəkləşdirməyək -
bəlkə mən, bəlkə sən?
bəlkə mən, bəlkə sən?
bəlkə mən, bəlkə sən?...