PRoMete:
Nəfəs al və burax, bu tək lazım olan,
Həyat üçün formula, nə qədər artıq
Kəşf eləsən də, məşq eləsən də,
Həyat üçün heç nədir
Belini sənin vurmaq yerə zirvələrdən belə
Geri dön bax yerə heç kimə xoş deyil
Yıxılmaq yerə yıxıl dur
Block tutulur qır, cavab verilir vur
Həyat davam edir nə qədər verilməyib sur
Hər kəs öz rolun oynuyur
Kim baha satır, kim çölə atır
Kim Qarabağ atıdı, kim kölə qatır
Kim qızıla batıb yatır, kim zibilə batır
Kimə baha saniyəsi, kimə dəyərsiz saatı
Kim idarə edə bilmir özünü
Kim idarə edir kainatı
Və götürülür aradan kimin çox məlumatı
ABD. Malik:
Qar-kömür, ölüm-ömür
Şiə-Ömər, sünni-möhür
Çılpaq-vicdan, başıbağlı-yalan
Əvvəl-son, meydan-dalan
Tarix-miras, bakılı-yeraz,
Həci-yəhudi, qızıl ya pas,
Sevgi-tort, pul-abort
Oyun-həyat, cənnət və od
Rüşvət-vicdan, səcdə-şeytan
Fəhlə-qlamur, hallowen-qurban
Avrovijn-Laçın, Panomera-qaçqın
Milli caz, başa düşüm çətin
Barbi-hicab, playboy-savab
İblisə-rəhm, iftara şərab
Din-dəb, depressiya-təb
Namus-karto, hüzur-əsəb
PRoMete:
Küçələr bol, başı boş insanla
Nə qədər gör azmış insan var
Kimin nəyinə gərəkdir harda torpaqlar
Həyat Bakıdadır, qalanı bataqlıqda
Düzdü işsizlik sıfır, indi iş çoxdur
Eşşək kimi işlə, sonda pul yoxdur
Sözümüzün dəyəri də əvvəlki deyil
Millətin qarnı çünki sözdən toxdur
Çoxluq.. yox söyüş söymə uşaqlar var
Söyüşü eşidirik indi uşaqlardan
Siqaret əllərində sanki oyuncaqdır
Qızların da əllərində rezin oyuncaqlar
İndi saqqalın var-yox fərqi yoxdur
Üzündə nəsə qaralırsa, sən vahabi
Alnını qəsdən möhürə sürtən çoxdur
Elə bil bunu eləməklə artır savabı