Verse 1:
Yenə tək bu boş otağımda bir çarpayım, bir divan və iki qoltuq,
Məni tək hiss edən olubmu boğaza qədər çətinlik, içində boşluq?!
Səni tək istəyirdim, sən mənə verdin mənfi sonsuzluq.
Mən isə sənə mahnı yazmamağa söz verərək götürmüşəm vərəq və qələm.
Nəqarət:
Yazdım, küçələrin boşluğundan xatırlandın,
Çox çətin, sənsiz mənə çox çətin.
Yazdım, gecələrin dostluğundan xatırlandın,
Çox sətir sənə ünvanlı, çox sətir.
Hər sətirdə sənə yazmıram bu mahnını,
Bu mahnı başqa mövzunun mahnısı.
Əhvalı pis olan insanların şərqisi.
Adı keçən hər sətir şərtidir.
Mərcidir bu mahnı beynin və hisslərin.
Sənə yönəlmir artıq hisslərim.
Çox dedim, çox dedim amma,
Mahnılar bilir kimə yazılır. (x2)
Verse 2:
Bu aralar içimi bürüyən təlaş məni rahat bıraxmır.
Həyat durğun, beyin quraqlıq.
Sən isə, bəlkə də qulaqda qulaqlıq
Dinlədikcə səsimi hiss edirsən uzaqlıq.
Uşaqlıq xatirələri kimi uzaqdı
Səninlə yaşadığım yaxın keçmişdəki münasibətlər.
Kaş ki, duraydın, aydın-aydın danışaydıq
Ayrılmadan öncə bilsəydim ki, olacaq sonda qovuşmamaqlıq.
Mən bir az da yumşaqlıq edib səni gərək saxlayaydım,
Ya da bağlayaydım gərək elə sən gedən günü bütün mövzuları.
Mənim arzularım tamam başqalaşıb indi,
Baş qarışıq indi, iş dolaşıb indi,
Ya da yazmıram.
Nəqarət:
Yazdım, küçələrin boşluğundan xatırlandın,
Çox çətin, sənsiz mənə çox çətin.
Yazdım, gecələrin dostluğundan xatırlandın,
Çox sətir sənə ünvanlı, çox sətir.
Hər sətirdə sənə yazmıram bu mahnını,
Bu mahnı başqa mövzunun mahnısı.
Əhvalı pis olan insanların şərqisi.
Adı keçən hər sətir şərtidir.
Mərcidir bu mahnı beynin və hisslərin.
Sənə yönəlmir artıq hisslərim.
Çox dedim, çox dedim amma,
Mahnılar bilir kimə yazılır. (x2)