current location : Lyricf.com
/
Songs
/
Məsafə lyrics
Məsafə lyrics
turnover time:2025-04-16 06:09:14
Məsafə lyrics

(nəqarət: Səbinə Rəhimova)

Hər səhər mən yuxudan oyanıb,

Səni düşünürəm sənsə uzaqda.

Hələ neçə illər gör dayanıb,

Yolumuzu gözləyir bizim qabaqda.

(verse 1: PRoMete)

Bu deyil kədər sadəcə məsafə var aramızda,

Sən evdəsən mən uzaqda, gülüm darıxma.

Hər səhər oyananda təqvimə bax, məni xatırla,

Və unutma, buludların arxasında Günəş var!

"Uzun ayrılıqlar şirin olur, əgər sonluğunda görüş var"

Sən demişdin bu sözləri, xatırlayıram, indi üzdə gülüş var.

Döyüşlər, mübahisələr darıxmışam yaman mən,

Albomları səhifəliyirəm hər gün işdən sonra dəfələrlə.

Dağ üstü park şəkillərimizn kənarları cırıq cırıq səhifələrdə,

Səndən uzaqlarda mənim üçün eyni küçələr də, döngələr də, dalanlar da,

Çünki sənli xatirələrin iyi gəlmir buralardan.

Oralarda sənin üçün də çox çətindi, bilirəm,

Gülüm, sevirəm səni!

Qoy, bu sətirlər sənə güc verə biləcək qədər güc versinlər,

Bahar gəlsin qaranquşlar gələn kimi, bil ki, gəlirəm mən də.

(nəqarət: Səbinə Rəhimova)

Hər səhər mən yuxudan oyanıb,

Səni düşünürəm sənsə uzaqda.

Hələ neçə illər gör dayanıb,

Yolumuzu gözləyir bizim qabaqda. (x2)

(verse 2: Səbinə Rəhimova)

Səndən ayrı mənə sevinc də qəmdir,

Gecələr səhər gözlər nəmdi.

Sən hər yuxumun qonağı,

Gəl buraxıb uzağı,

Çox darıxıb dodağım sənsiz.

Hər küçə yaşadır bizdən nəsə,

Elə hey axır gözdən nəsə.

Mənim üçün bu dünyanın tək mənası,

Mən və sən, mən və sən!

(nəqarət: Səbinə Rəhimova)

Hər səhər mən yuxudan oyanıb,

Səni düşünürəm sənsə uzaqda.

Hələ neçə illər gör dayanıb,

Yolumuzu gözləyir bizim qabaqda. (x2)

(verse 3: PRoMete)

Günü gündən daha da çətindi səndən uzaq,

Uzağın adı uzaqdı, məsafəsi çox uzaq.

Burda yaşadığım mənzildə doludu hər tərəf vərəqlərlə,

Yazım yerə səpələnmiş qalaq-qalaq.

Artıq həyat tərzimə çevrilib sənin üçün yaşamaq,

Sənin üçün yazmaq və sənin üçün yaratmaq.

Hərdən taqət də azalır, qürbət məni çox sıxır,

Yarı yolda buraxıb hər şeyi istəmirəm uzatmaq.

Səninlə buraların olardı tamam başqa dadı,

Haraları gəzdirəcəm sənə yadımdadır.

Dünyanın ən böyük şəhərlərini əl-ələ gəzsək,

Çönüb sevgi şəhəri olacaq bu şəhərlərin adı.

Gündüzlər iş də qata bilmir mənim başımı,

Yazmışdın ağlıyırsan gecələr, sil göz yaşını.

Mən də çox darıxıram, amma ki, çox az qalıb,

Sıxılma yaxındadı görüş, gəzərik Bakını.

(nəqarət: Səbinə Rəhimova)

Hər səhər mən yuxudan oyanıb,

Səni düşünürəm sənsə uzaqda.

Hələ neçə illər gör dayanıb,

Yolumuzu gözləyir bizim qabaqda. (x2)

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved