PRoMete:
Bu addımlar, hara aparır bizi bu addımlar?
Mənim çətin uşaqlığım hələ də çıxmır yadımdan.
Hər dəfə, sanki, eyni kino təkrarlanır,
Cırıq paltarlı uşaq görəndə qarşımda.
İşləməyə məcbur idim lap kiçik yaşımdan,
Əllərinən və beynimdən tələb edirdim nə isə
Kimsə tələb edəndə böyük qardaşından
Və çıxmır yaddaşımdan birinci sinifdə düyməsiz pencək.
Bu acı gerçək, və illər keçsə də
Anam hər dəfə baxanda ağlayır o şəklə.
Ay Allah, sənə yalvarıram heç kimi yoxsulluqla sınağa çəkmə,
Qoyma ac qarınla yatağa uzansın hansısa körpə.
Yəqin ki, bu ən əzablı şeydir,
Öz körpəsini nəyəsə ehtiyaclı görmək.
Odur ki, valideynlər üzərindən əskik olmasın kölgən.
Onları qoru, gücləndir ki,
Onlar olsun körpələrinə yaxşı örnək!
Ayka:
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər.
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər. (x2)
PRoMete:
Məftillər içində ibi-batıb hər şey tamam,
Başımız qarışıqdır, yaxınlara yoxdur zaman.
Zəng etməyə də vaxt yoxdur, deməyə də bircə "salam",
Bu gün yenə zəng edib darıxdığın deyən anam,
Ana mən həm yalançıyam, həm də ki, qatiləm.
Sosial şəbəkələrdə vaxt öldürür sənin oğlun.
Axşam da zəng edəndə qaldırmayıb telefonu,
Səhər deyirəm tez yatmışdm, işdən dünən gəlib yorğun.
Hər şey çox bulanıqdır, hər şey necə də durğun.
Səs-küyün içində mənim kim olduğumu da unutdum.
Silinir yaddaşımdan bir-bir bütün doğma şeylər.
Soyutdum özümü mən bu həyatdan, çox soyutdum.
Mənim üçün indi sevincdir cibimdə pul olması.
Ürəyim yaman çəkir bişirdiyin yarpaq dolmasın.
Deyirsən, özünə yaxşı bax, əynini qalın geyin.
Qoy xəstələnib ölüm, mənim kimisi heç olmasın.
Ayka:
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər.
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər. (x2)