Hər gecə səni mən səslədim,
Yolunu sübhədək gözlədim
Eşq odu məni, yar, yandırar,
Rəhm elə, amandır intizar.
Göz yaşım sel olar, ah sənsiz,
Bülbüləm, neylərəm çəmənsiz?
Bəs hanı, hanı, yar, o sevda?
Gör nələr, nələr var başımda!
Bir günəş nuru var üzündə,
Gözlərim hər zaman gözündə,
Mən səni araram, araram
Gül çiçək sanaram, sanaram.