Verse 1:
Səsimə səs gəlmir, mən tək qalmışam.
Bəlkə qorxulu yuxu mən yatmışam.
Bəlkədə ölmüşəm sona çatmışamş.
Amma yox, hələ hazır deyiləm axı.
Mənə baxın, məni görün, məni dəli bilin, amma dindirin.
Hələ yaşamağa eşq bol, daşımağa yük bol,
Tək bir yol, tək bir gün mənə bəs edər!
Mən dəyişəcəm!!!
Nəqarət:
Mən dəyişərək hamı kimi ola biləcəm,
Hamı kimi ölə biləcəm, ən azından.
Ruhumu buraxıb bədən ola biləcəm,
Hamı kimi ölə biləcəm, ən azından. (x2)
Verse 2:
Hər səhər diş fırçası dostum,
Qara kostyum, ağ köynək, qalstukum.
Hər şeydən üstün işim olacaq,
Heç nə haqqında düşünmədən,
Durmadan işləyib bir gün ayılacam ki, 40 yaşım olacaq.
Xoşbəxt olacam onda,
Yanımda oğul-uşaqlarım, həyat yoldaşım olacaq.
İti yaddaşım olacaq, kommunal borcların hamısını
Yadda saxlaya biləcəm mən.
Mən dəyişəcəm!!!
Nəqarət:
Mən dəyişərək hamı kimi ola biləcəm,
Hamı kimi ölə biləcəm, ən azından.
Ruhumu buraxıb bədən ola biləcəm,
Hamı kimi ölə biləcəm, ən azından. (x3)