current location : Lyricf.com
/
Songs
/
Məktub lyrics
Məktub lyrics
turnover time:2024-09-10 14:10:58
Məktub lyrics

Yoxdur ömürdə böhtan,elə böhrandır

Yoxdur ömürdə son hər şey doğulandır

Sənsiz nə boş qalmışam

Səninlə yorulmuşam

Heç vaxt oyanmayan hal o da oyandı

Məndən sonra sən qalsan davam gözəldir

Gözlər yagışla dolsa demək özəldir

İllərin yorğunuyam

Sirrlərin yorğanıyam

Bizim bu saf eşqimiz ölümdən əzəldir

Sözümə inan, balam, sözümə inan

Sözümdə nə quş var, nə də ki ilan,

Sözümə inan, balam, sözümə inan

Sözümə inan, balam, sözümə inan

Qanadları yalvaran dövranı viran

Sözümə inan, balam, sözümə inan

İmanla sirdaşıyam, ömrüm tufandır

Gümanla həmyaşlıyam, gözüm dumandır

Kölgə ilə dostlaşmışam

Döngəyə qoşulmuşam

Tənhalıq sərhədində quyum zəhərdir

Hardasan, ay vərdişim, həyatım, hardasan?

Bu məktubu yolladım küləklə duyasan

Yarpaqla bir solmuşam

Torpaqla bir olmuşam

Bizim bu son zəngimiz ölümdən əzəldir

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by