current location : Lyricf.com
/
Songs
/
Əlvidalarımı Payladım lyrics
Əlvidalarımı Payladım lyrics
turnover time:2024-12-28 01:44:28
Əlvidalarımı Payladım lyrics

Açdım payıza pəncərələri

Əlvidaları payladım və qaçdım

Qalmayıb yurdum, evim, vətənim

Mən özüm özümə yad, qərib və qaçqın

Yol boyu qırıb atdığım qəlblərin

Hər birinə tapıldı dost və sevgi

Topladım çantama nifrətlərin

Üzlərinə son dəfə gülüb getdim

Bura Tanrını tapmağa gəlmişəm

Mən axtarmıram artıq dost, nə düşmən

Hisslərimə dərin bir quyu qazdım mən

Onları daha istəmirəm bölüşməy

Qapılarımı qıfıl vurub arxadan

Heç kəsi birdə içimə buraxmadan

Burda tək qalmalıyam bir neçə fəsil

Bir neçə suallıq tək qalmalıyam

Onlar mənə hələ çox deyəcək "dəli"

Korlar ölkəsində kimə lazım rəssam

Bu ki ahıdır minlərlə qəlblərin

Ürək nədir bilməz vəhşi qəssab

Boz şəhərin dar küçələrindən məni

Sil məni, sən yadından çıxart məni

Daşla həqiqəti, sev yenə bütləri

Səni məhv eləyəcəy sənin həqiqətin

Yum gözləri və ona qədər say, dost

Getmə dərinə, düşünmə bu qədər, bəsdir

Bu mahnılar deyil sənin üçün əyləncə

Mənim həqiqətim deyil artıq oyuncaq

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Qaraqan
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved