current location : Lyricf.com
/
Songs
/
Labirint lyrics
Labirint lyrics
turnover time:2024-12-22 19:31:06
Labirint lyrics

(skit: Samir Kərimmoğlu)

Labirintə oxşayır...

Azıb qalmışam...

(verse 1: PRoMete)

Bir gün yenə açılan o sabah,

İki damla göz yaşı olub düşəcək gözündən.

Sən nifrəti özündən aralaya bilmədin,

O, səni küsdürdü özündən... özündən...

Özündən muğayat ol!

Mən gedər oldum, sən qalar oldun,

Ortalıqda nələr oldu, nələr oldu?!

Mən gedər oldum, sən qalar oldun,

Ortalıqda nələr oldu, nələr oldu?!

(nəqarət: PRoMete)

Unutmaq asan olsaydı, birinci səni,

Sonra səni unutduğumu unudardım.

Sonra yenidən səni sevərdim.

Sonra yenidən, unut-sev, unut-sev.

Unutmaq asan olsaydı, birinci səni,

Sonra səni unutduğumu unudardım.

Sonra yenidən...

Sonra yenidən, unut-sev, unut-sev, unut-sev.

(verse 2: AiD)

Gözdən yaş, iki damla, xoşbəxt günləri yadında saxla.

Yenə söhbətim boş otaqla, ağla-ağla göz daralınca.

Bilsən, nə qədər ağ günlərimizi qara etdin öz sərt düşüncənlə,

Xoşbəxt yolumuza körpülər saldın öz dünyandakı səhv düşüncənlə.

Mənsiz, bilirəm, çox çətindir, axan göz yaşını gizləsən belə,

Sevgisiz həyat daha asan, darıxsam da mən, bu yolumu seçdim.

İndi mən yenə səni sevsəm belə, ağlım ürəyimlə dilə gəlməz,

Dənizimiz öz yerindədir, əsən Gilavarlar Xəzriyə dönməz.

(verse 3: PRoMete)

Gəzdiyimiz küçələrdə qoyduğumuz izlər də küləklərlə sevişərək itdi,

Əvvəlcə sən getdin, bu gedişdən mən bitdim,

İndi isə mən getdim, amma ki, çox cətin.

Atdığım hər addım səndən xəbər... xəbər sanki,

Sənsə mənə yaxın bu qədər... Bu qədər uzaqkən.

Bu qədər uzaqkən, bu qədər yaxınsan,

Bu qədər uzaqkən, bu qədər yaxınsan.

(nəqarət: PRoMete)

Unutmaq asan olsaydı, birinci səni,

Sonra səni unutduğumu unudardım.

Sonra yenidən səni sevərdim.

Sonra yenidən, unut-sev, unut-sev.

Unutmaq asan olsaydı, birinci səni,

Sonra səni unutduğumu unudardım.

Sonra yenidən...

Sonra yenidən, unut-sev, unut-sev, unut-sev.

(AiD)

İndi mən yenə sevsəm belə, ağlım ürəyimlə dilə gəlməz..

(PRoMete)

Yenidən, sonra yenidən

(skit: Samir Kərimmoğlu)

Labirintə oxşayır...

Azıb qalmışam...

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved