Qorxuları ilə üzləşir insan tez ya da gec
Bir təlaş sarır əvvəl ürəyi
Gerçəklərlə üzləşir insan tez ya da gec
Bax məsələn mənim kimi
Nə qaranlıq otaqlardan
Nə nağıllardakı ifritələrdən qorxdum
Sənsizlikdən qorxduğum qədər
Nə çıxmazlar gördüm,
Nə diyarlar gəzdim
İtkin düşmədim səndəki qədər
İnan ki itkin düşmədim səndəki qədər,
Yavaş-yavaş gözlərini bağla
Asta-asta əllərini uzat
Mən tutaram yenə mən eşidərəm səni
Yavaş-yavaş gözlərini bağla
Asta-asta əllərini uzat
Mən tutaram yenə mən eşidərəm səni
Mən bilərəm eşqinin qiymətini