Bənd 1
Ay kimi gizlənmə buludlarda
Yoxsan əzizim neçə müddətdir
Sən bir ümüd ver mənə şam boyda
Baxmaram aləm qara zülmətdi
Sən bir ümüd ver mənə şam boyda
Baxmaram aləm qara zülmətdi
Mən gecələrdən niyə qorxumki
Qorxudan onsuz ürəyim yaradı
Mən niyə qorxumki qaranlıqdan
Taleyim ondan daha çox qaradı
Mən niyə qorxumki qaranlıqdan
Taleyim ondan daha çox qaradı
Nəqarət
Olsa da qəm möhnət ucunda
Yarım o imkanı yaratmaz
Kölgəsi durmuş baş ucumda
O məni yatızdırmasa yatmaz
Bənd 2
Zülmün əlində məni tək qoyma
Rəhm eləməz gözdən axan yaşa o
Rəhm olar ancaq yumuşaq qəlbdə
Səndəsə çoxdandı dönüb daşa o
Rəhm olar ancaq yumuşaq qəlbdə
Səndəsə çoxdandı dönüb daşa o
Gözdən axan yaş elə acizdi
Bəlkə gəlib insafa yumşalasan
Yollarının qurbanı gəl çıx ki
Dərdin əlindən məni tez alasan
Yollarının qurbanı gəl çıx ki
Dərdin əlindən məni tez alasan
Nəqarət
Olsa da qəm möhnət ucunda
Yarım o imkanı yaratmaz
Kölgəsi durmuş baş ucumda
O məni yatızdırmasa yatmaz