Mərhəmət
Gözlərində
Təxmin edirəm
Ağlamağımı eşitdin.
Sən mənə gülümsədin,
İsanın bir uşağa münasibəti kimi.
Şanslıyam,
Bilirəm.
Cənnət göndərdi
Və cənnət oğurladı.
Sən mənə gülümsədin,
İsanın bir uşağa münasibəti kimi.
Və mən nə öyrənmişəm
Bütün bu ağrıdan
Fikirləşirdim heç vaxt eynisini hiss etmərəm,
Heç kim yaxud
Heç nə haqqında bir daha.
Amma indi bilirəm,
Sevgi tapanda sən,
Biləndə ki, o, mövcuddur,
Onda darıxdığın o yar
O soyuq, soyuq gecələrdə sənə gələcək.
Seviləndə sən,
Biləndə ki, onun belə xoşbəxtliyi var,
Onda öpdüyün o yar
Görməyə ümid olmayanda səni ovunduracaq.
Qəmginlik
Gözlərimdə,
Heç kim hiss etmədi
Yaxud cəhd etmədi.
Sən mənə gülümsədin,
İsanın bir uşağa münasibəti kimi.
Sevgisiz və soyuq
Sonuncu nəfəsinlə.
Ruhumu xilas etdin,
Sən mənə gülümsədin,
İsanın bir uşağa münasibəti kimi.
Və mən nə öyrənmişəm
Bütün bu göz yaşlarından
Bütün o illər səni gözləmişəm,
Və elə başlayan kimi
O, səni özü ilə apardı.
Amma mən hələ də deyirəm,
Sevgi tapanda sən,
Biləndə ki, o, mövcuddur,
Onda darıxdığın o yar
O soyuq, soyuq gecələrdə sənə gələcək.
Seviləndə sən,
Biləndə ki, onun belə xoşbəxtliyi var,
Onda öpdüyün o yar
Görməyə ümid olmayanda səni ovunduracaq.
Ona görə də deyə bilmədiyin sözləri,
Onları sənə oxuyuram
Və o sevgi ki biz yaradacaqdıq,
Onu ikimiz üçün mən yaradacağam.
Hər bir xatirə
Mənim bir hissəmə çevrildiyi üçün,
Sən həmişə
Sevgilim olacaqsan.
Yaxşı, mən sevilmişəm,
Ona görə də bilirəm sevgi nədir.
Və öpdüyüm o yar
Həmişə yanımdadır.
Oh hələ də darıxdığım o yar
İsanın bir uşağa münasibəti idi.