current location : Lyricf.com
/
Songs
/
jealousy, jealousy [Azerbaijani translation]
jealousy, jealousy [Azerbaijani translation]
turnover time:2024-11-15 10:29:40
jealousy, jealousy [Azerbaijani translation]

Telefonumu otağın digər ucuna atmaq istəyirəm

Çünki gördüyüm bütün qızlar gerçək ola bilməyəcək qədər gözəldirlər

Bəyaz dişləri və qüsursuz bədənləriylə, kaş vecimə olmasaydı

Bilirəm, onların gözəlliyi məni əksiltmir, amma elə hiss etdirir

Kürəyim yüklə doludu və mən boş verə bilmirəm

Onları özümlə müqayisə eləmək məni yavaş yavaş öldürür

Məni tanımayan insanlar haqqında çox düşünürəm

Özümdən bezdim, istərdim, istərdim ki

Başqa biri, başqa biri olum, amma qısqanclıq, qısqanclıq məni izləməyə başladı

Məni izləməyə başladı

Mavi gözlər, hamı mənim istədiyim şeylərə sahib olur

Onlar üçün xoşbəxt olsam da əslində heç deyiləm

Sadəcə havalı vintage paltarlar və tətil fotoları

Görməyə dayana bilmirəm, tanrım, dəli kimi səslənirəm

Onların qazancı mənim itkim deyil

Bunun doğru olduğunu bilirəm, amma qısqanclıq duyğusuna qarşı çıxa bilmirəm

Onları özümlə müqayisə eləmək məni yavaş yavaş öldürür

Məni tanımayan insanlar haqqında çox düşünürəm

Özümdən bezdim, istərdim, istərdim ki

Başqa biri, başqa biri olum, amma qısqanclıq, qısqanclıq

Bütün dostların çox havalıdı, atanın bahalı maşınıyla

Hər axşam bir yerə gedirsən, həyatı yaşayırsan

Gözəl bir üzün, yaraşıqlı sevgilin də var

Səni tanımasam da sən olmağı çox istəyirəm

Gördüyüm tək şey necə olmalı olduğumdu

Daha xoşbəxt, daha gözəl, qısqanclıq, qısqanclıq

Gördüyüm tək şey necə olmalı olduğumdu

Pozitivəm, sahib olduğum tək şey qısqanclıq, qısqanclıq

Onları özümlə müqayisə eləmək məni yavaş yavaş öldürür

Məni tanımayan insanlar haqqında çox düşünürəm

Özümdən bezdim, istərdim, istərdim ki

Başqa biri, başqa biri olum, amma qısqanclıq, qısqanclıq məni izləməyə başladı

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by