current location : Lyricf.com
/
/
Heathens [Azerbaijani translation]
Heathens [Azerbaijani translation]
turnover time:2024-09-19 05:44:26
Heathens [Azerbaijani translation]

[Nəqarət]

Bütün dostlarım kafirdi, diqqətli ol

Səndən kimləri tanıdığını soruşmalarını gözlə

Xahiş edirəm ani heç nə eləmə

Əziyyət görmüşlərin yarısını belə tanımırsan [2x]

İnsanlarla dolu otağa xoş gəldin

Onların da sevdiyi bir otaq dolusu insan var idi

Hamısı bir otağa kilidləndi və məhv oldu

Qapıda silah yoxlanışı etsək belə

Bu beyinlərimizin əl bombası olduğunu dəyişdirmir

Yanında oturan psixopatdan heç vaxt xəbərin olmaz

Yanında oturan qatili heç vaxt tanımazsan

"Axı niyə yanına oturdum?" deyə düşünəcəksən

Amma bütün dediklərimdən sonra xahiş edirəm unutma

[Nəqarət]

Kənar adamlarla yaxşı münasibət qurmuruq

Dostlarım yeni gələnlərin müəyyən bir qoxuya sahib olduqlarını söyləyirlər

Güvən problemlərimiz var, söz yox

Qoxundan niyyətini anlaya biləcəklərini deyirlər

Yanında oturan canavardan heç vaxt xəbərin olmaz

Yanına bəzi qəribə adamlar oturacaq

"Axı niyə yanına oturdum?" deyə düşünəcəksən

Amma bütün dediklərimdən sonra xahiş edirəm unutma:

(Diqqətli ol)

(Diqqətli ol)

[Nəqarət]

Bütün dostlarım kafirdi, diqqətli ol

(Diqqətli ol)

Səndən kimləri tanıdığını soruşmalarını gözlə

(Diqqətli ol)

Xahiş edirəm ani heç nə eləmə

(Diqqətli ol)

Əziyyət görmüşlərin yarısını belə tanımırsan

(Diqqətli ol)

Axı niyə gəldin, gəlməməli olduğunu özün də bilirdin

(Bu kafirlikdi)

Uzaq durasan deyə xəbərdarlıq etdim

Artıq gecdi və onlar basqına hazır çöldə durublar

Görünür artıq bizdən birisən

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by