[Nəqarət]
Səndən uzaqda
Heç olmadığım qədər xoşbəxtəm
İstərdim daha yaxşı izah edə bilim
İstərdim bu doğru olmasın
[Bənd 1]
Mənə bir-iki gün ver
Məntiqli bir şey düşünmək üçün
Özümə məktub yazıb
Nə etməli olduğumu demək üçün
Reportajlarımı oxuyursan?
Yoxsa küçəmdən ötüb keçirsən?
"Burdan keçirdim" deyəndə
Mən heç yolunda idim?
Səndən deyəcəklərimi anlayışla qarşılamanı istəyəndə
Bilirdim ki dediyinin əksini edəcəksən
Və daha da qorxacam
Buna haqsızlıq demə
Bəllidi ki məni incitdiyinin fərqində deyildin
Ona görə də əgər həqiqətən bilmək istəyirsənsə
[Nəqarət]
Səndən uzaqda
Heç olmadığım qədər xoşbəxtəm
İstərdim daha yaxşı izah edə bilim
İstərdim bu doğru olmasın
[Bənd 2]
Yenə mənə zəng elədin, maşınında sərxoş ikən
O vəziyyətdə evə sürürdün
Məni çox qorxutmuşdun amma nəfəsimi boşa xərcliyirəm
Çünki ancaq dostlarını dinləyirsən
Sənlə ortaq nöqtəmiz yoxdu
Yox, sənlə ortaq nöqtəmiz yoxdu
Çünki mən mənə heç vaxt bu qədər qəddar davranmazdım
Sayəndə bu şəhərə nifrət eliyirəm
[Bənd 3]
Amma yenə də internetdə haqqında pis heç nə danışmıram
Heç vaxt heç kimə pis heç nə deməmişəm
Çünki bu çox utancvericidi, mənim hər şeyim idin
Və tək elədiyin məni pis hiss etdirmək idi
Ona görə də olmayan vaxtımı alma
Özünü günahsız göstərməyə çalışma
Sənə ehtiyacım olanda hər dəfə gəldiyindən danışa bilərdim
Amma sətirlər boş qalardı çünki heç vaxt gəlmədin
Nə anamı nə də dostlarımı dinləmədim
Sənə görə hamını susdurdum
Çünki uşaq idim
[Sonluq]
Bütün yaxşı şeyləri məhv elədin
Həmişə doğru anlaşılmadığını dedin
Bütün xatirələrimi oğurladın
Məni rahat burax