Gəl, səni görsün rahat olsun barı canım,
başqa nəyim var ki, qalıb bir quru canım
Hər səni səsləyəndə "Yarım", "Canım" dedim,
indi də yanında qalıbdır yarı canım
Mənim ömrümə ilk baharı sən gətirmisən,
xoş günü, xoş ruzigarı sən gətirmisən
İndi kimə desəm də bunu, eşidər, inanmaz,
bu həsrəti, intizarı sən gətirmisən
Ay mənim həsrətini çəkdiyim,
yolunda göz yaşı tökdüyüm
Hər şeyi vaxtında qazandım, sandım,
bircə sən oldun gecikdiyim
Keçsədə ömrün yazı sənsiz, qışı sənsiz,
ötsədə illər, qurumaz göz yaşı sənsiz
Ey gözümü yolda qoyan, gözlərin aydın,
oldu bugün ayrılığın bir yaşı sənsiz
Bir il də canım beləcə ötdü səninlə
Başladı bu eşq nağılı, bitdi səninlə
Mən səni sevdim deyə sevdim bu həyatı,
getdin həyatın dadıda getdi səninlə
Ay mənim həsrətini çəkdiyim,
yolunda göz yaşı tökdüyüm
Hər şeyi vaxtında qazandım, sandım,
bircə sən oldun gecikdiyim