Aynişan:
Gözümü yumanda da,
Sən varsan qaranlıqda,
Lap qarda, dumanda da,
Sən məni yaşadan tək səbəbsən.
Dişimi sıxanda da,
Hər damın kənarında,
Bircə addım qalanda.
Uça bilmirəm mən bu səbəbdən.
PRoMete/Aynişan:
Sən hər yerdə, hər addımda
Sən hər yerdə, yanında
Sən hər yerdə, səninləyəm.
Sən hər yerdə, ömürlük. (x2)
Aynişan:
Şaxtada və istidə,
Kölgədə və güzgüdə,
Doğmada və özgədə,
Hər yerdə görünürsən gözümə
Düşünmək, sıxılmaq
Səssizlikdə boğulmaq
Sənsizlikdə yox olmaq
Qayıda bilmirəm mən özümə.
PRoMete:
Həyat sınaqdır gülüm, biz isə sınanılanlar.
Görüşmək, birləşmək üçün yaradılanlar.
Bütün bunları hər dəfə yada salanda
Hər şey elə bil rəngini dəyişir bir anda
Bilirsən, mənim yuxularım uşaqlıqdan rəngli idi,
Amma oyananda bu rəngləri tapa bilmirdim
Məktəb vaxtı hamı tuturdu xatirə dəftərləri,
Mən isə keçmişə baxmağı heç sevmirdim.
Elə bil, kimsə pıçıldayırdı
"Qabağa diqqətlə bax,
Hansısa zamanda qarşına kimsə çıxacaq"
Mənim üçün həyat ona görə sənə gedən yol idi.
Gedirdim, gedirdim, sən isə yox idin.
Yıxılmağa öyrəşirdim heç kim sığallamırdı.
Məni sərt yetişdirmək həyatın çığallığı idi
Heyf, bəzi şeylər tamamilə əlimizdə deyil,
Məndən olsa, mən hələ də uşaq idim.
Amma bu günə də şükür,
Hər şeydə hikmət var
Bir gün sənə rastladım və anladım cənnət var.
Bu cənnətdə üzümüzə açıqdır qapılar.
Qapalı olsa da, onu bizim üçün açan tapılar.
Bu olanlar hər şey səbəbsiz deyilmiş,
Bütün yollar aparırmış bir nöqtəyə.
İndi əllərin isti ovuclarımda.
Qulaqlarımsa öyrəşib səndən eşitməyə.
PRoMete/Aynişan:
Sən hər yerdə, hər addımda
Sən hər yerdə, yanında
Sən hər yerdə, səninləyəm.
Sən hər yerdə, ömürlük. (x4)