Bilmirəm qəfil nə oldu , Ayrılıq sözünü söylədin
Olan əsas sənə oldu , Denən özgəsinə neylədin
O səhvləri mən etmədim , O səhvləri sən eylədin
Demə bu cür nədən oldun , Mən elə həmin insanam
Deyişən təkcə sən oldun , Mən elə həmin insanam
Özün mənə düşmən oldun , Mən elə həmin insanam
Mənnən ayrılıb yaşatdın , Sən sevinci duşmanlara
Fəxirlə deyərdim yarım , Yol vermədi noqsanlara
Çox təəccüblə baxardın , Etibarsız insanlara
Onlar kimi eynən oldun , Mən elə həmin insanam
Deyişən təkcə sən oldun , Mən elə həmin insanam
Özün mənə düşmən oldun , Mən elə həmin insanam
Son zamanlar hiss olundu , Get-gedə sənin yoxluqun
Yoxluqunla özün aldın , Sənə istəyən coxluqun
Özündə yaxşı bilirsən , Aramızda soyuqluqun
Səbəbbkarı şəxsin oldun , Mən elə həmin insanam