current location : Lyricf.com
/
Songs
/
Gracias a la vida [Azerbaijani translation]
Gracias a la vida [Azerbaijani translation]
turnover time:2025-04-18 00:11:27
Gracias a la vida [Azerbaijani translation]

Həyata təşəkkürlər

Həyata təşəkkürlər,mənə çox şey verib,

O, mənə iki işıq şöləsi verdi ;

Açdıqda, qaranı ağdan tamamilə ayıra bilir,

Və yuxarıda səmada onun ulduzlu fonunda,

Və çoxluğun içərisindən sevdiyimi ayıra bilir.

Həyata təşəkkürlər, mənə çox şey verib,

O, mənə qulaq verdi, hansı ki, onun bütün genişliyi ilə

Qeydə alır, gecə və gündüz, danadişi və sarıbülbülləri,

Çəkicləri,turbinləri,kərpicləri və fırtınaları,

Və mənim sevgilimin zərif səsini.

Həyata təşəkkürlər, mənə çox şey verib,

O, mənə səs verdi və əlifbanı.

Onlarla düşündüyüm və səsləndirdiyim sözləri :

"Ana" , "dost", "qardaş" və o zərif işartını

Hansı ki, o, sevginin gəldiyi yoldur.

Həyata təşəkkürlər, mənə çox şey verib,

O, mənə yorğun ayaqlarla gəzmək bacarığı verdi.

Onlarla mən şəhərlər və suları gəzmişəm,

Vadilər və səhraları, dağlar və çölləri.

Və sənin evini, sənin küçəni və sənin səkini.

Həyata təşəkkürlər, mənə çox şey verib,

O, mənə qəlb verdi,hansı ki, bütün bədənimi lərzəyə gətirir

Nə vaxt ki, insan beyninin bəhrəsini görürəm,

Nə vaxt ki, yaxşını pisdən ayıra bilirəm,

Nə vaxt ki, mən sənin gözlərinin aydınlığından görürəm...

Həyata təşəkkürlər, mənə çox şey verib,

O mənə gülüş verdi və mənə arzu verdi.

Onlarla mən xoşbəxtlik və kədəri ayırıram--

Bunlarla isə mənim mahnılarım yaranır,

Və sənin mahnıların da həmçinin, hansı ki, elə eyni mahnılardır.

Və elə hər kəsin musiqisi, hansı ki, mənim ən yaxşı musiqimdir.

Həyata təşəkkürlər

Həyata təşəkkürlər

Həyata təşəkkürlər

Həyata təşəkkürlər

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Mercedes Sosa
  • country:Argentina
  • Languages:Spanish, Portuguese
  • Genre:Folk, Latino
  • Official site:http://www.mercedessosa.com.ar/
  • Wiki:http://es.wikipedia.org/wiki/Mercedes_Sosa
Mercedes Sosa
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved