Gəzir saçlarında ilıq gilavar,
Toxunur nəfəsi yanaqlarına.
Öpür dodağından, küləyə nə var?
Dünya verilib onun ixtiyarına.
Sirdaşım gilavar...
Gilavar, küləyə nə var...
Tək sənsən sevgimdən
Xəbərdar, gilavar.
Uzaqdan baxıram bu mənzərəyə
Görürəm qımışan dodaqlarını.
Arzum ürəyimdə qalmasın deyə
Öpürəm Bakının gilavarını.