Gözüm gördü, könlüm sənə vuruldu,
Ay balam, vuruldu,
İsbatı qəlbimin yarasındadır,
Sevmək eyib deyil bizim zamanda,
Günah gözlərinin qarasındadır,,
O taylısan, bu taylısan,
Şirvanlısan, Göyçəlisən,
Qarabağlısan, bizim ellisən, şirin dillisən,
A sonam, sonam ölürəm, səni mən sevirəm,
Gilənar, ölürəm,
Səni mən sevirəm.
Sevməyə bilərmi bülbül çəməni,
A balam çəməni,
Laləni, nərgizi həm yasəməni,
O taylısan, bu taylısan,
İncəbellisən, qaratellisən,
Dərdin alım, ağrın alım, Gilənar,
Sona yar, ay tazə yar,
A zalım, a zalım, ölürəm, səni mən sevirəm,
Gilənar, ölürəm,
A sonam, sonam ölürəm, səni mən sevirəm,
Gilənar, ölürəm,
Səni mən sevirəm.
(Muğamat)
Nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
Bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl
Sən kimi incə gülün bülbülü, şeydası mənəm,
Yayılıb gülşənə ahu-fəğanım, bəri gəl,
Nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə,
Qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl,
Bikəsəm, halim sorsan şad olaram,
Çünki varımdır sənə sirri-gümanım, bəri gəl…
İstəsən alovla, istəsən söndür,
A balam gəl öldür,
Qəlbim odla suyun arasındadır,
O taylısan, bu taylısan,
Səni yanasan, bir dənəsən,
Ay balam, ay balam ölürəm, səni mən sevirəm,
Gilənar, ölürəm,
A sonam, sonam ölürəm, səni mən sevirəm,
Gilənar, ölürəm,
Gilənar, qadan alım, səni mən sevirəm