Gedərəm gedərəm gedərəm gedərəm
Sən istəsən ölkəni tərk edərəm
Canımı qoparıb önünə sərərəm
Ölərəm ürəyim həyatdan gedərəm
Gedərəm olmasan yanımda
Gedərəm dərtlər bu canımda
Yaşamaq varsa alın yazımda
Silərəm yazını ömürlük gedərəm
Sənsiz gözlərim səni arzular
Sənlə gülərdi sənsiz ağlar
Şahidimdi tək axşamlar
Sənsizlik həyatımın sonu olar
Nə olar hərdən yaz məktublar
Bəlkə tək təsəllim olar onlar
Bu ürək sənə həsr edər mahnılar
Bu bədən tək səninçün darıxar
Gedərəm gedərəm gedərəm gedərəm
Sən istəsən ölkəni tərk edərəm
Canımı qoparıb önünə sərərəm
Ölərəm ürəyim həyatdan gedərəm