current location : Lyricf.com
/
Songs
/
Günəş Şəhəri lyrics
Günəş Şəhəri lyrics
turnover time:2025-04-16 06:10:50
Günəş Şəhəri lyrics

Giriş (Ayka):

Açılır səhər,

Oyanır səhər.

Ürəyim sıxılır,

Həyatım hədər.

Verse 1 (Mc Virus):

Damarlarımda qan dönür, fikirlərimdə ümid ölür,

Hər günümdə Ay çıxır, qaranlıq içrə Günəş ölür.

Damarlarım tromblaşıb, zaman, geriyə say saxla,

Bu nədir, nəbz sönür? Bütün bədən əsir, əlim donub.

Qara kömür ayaqlarım, su istəyər dodaqlarım,

Yanımda yoxdur dostlarım, əsəblərim tarım-tarım.

İş işləyim, gedib tez mal alım,

Damara mal basım, rahatlasın bədən,

Qalmasın nədən ki, səma doğmasın günü.

Bəladır hər günüm, budur dar günüm

və dostlarım tək iynələrdir, həm də məhv edir məni.

Bu necə dostluqdur? Üstümü örtün!

Yenə Günəş batır, mənə soyuqdur!

Nəqarət (Ayka & Mc Virus):

Açılır səhər – Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı.

Oyanır səhər – Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı.

Ürəyim sıxılır – Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm,

Həyatım hədər.

Verse 2 (PRoMete):

Boz şəhərim, mənim əllərim sənin divarlarını rəngarəng etsin,

Qoymaq olmaz ahəng itsin.

Qara ləkələr səni tərk etsin getsin.

Çəksin arxasınca hər kəs eyni rəsm.

Üstündə yazılı eyni nəsr.

Qarşınızda problemli damarı deşilmiş nəsil.

Bəsdir, Kəsin!

Artır sayı gündən-günə kompleksli gənclərin.

Yerdə istifadəyə yararsız iynələrin ortasında

Çıxılmaz durumda qalmış gəncliyim.

Budurmu sonu bu gəncliyin?

Boz şəhərin tinlərində itib-getdi dincliyim.

Dostum oldu damarı deşən iynələr

Və mən bu zəhəri iylərəm.

Fikirlərim pərəm-pərəm, mən ölümü gözlərəm.

Nəqarət (Ayka & Mc Virus):

Açılır səhər – Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı.

Oyanır səhər – Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı.

Ürəyim sıxılır – Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm,

Həyatım hədər.

...

Göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı.

Mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı.

Günəş batır mənim üçün, bu sonumdur, köməksizəm,

Həyatım hədər.

Həyatım hədər.

Həyatım hədər.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved