Güləndə gözlərinin içi gülür,
Özümü səndən ala bilmirəm,
Bilməm baxışların nələr söyləyir,
Cəsarətim yox ki soruşa bilmirəm.
Ürəyimə dərd oldu qəmli baxışın,
Səni düşünmədən dayana bilmirəm,
Məni elə aldın ki məndən,
Özümü axtarıb tapa bilmirəm.