[Verse 1]
Günəşi gülüşünə necə sığdırdın ?
Döndərir qəlbimi səhraya
Gözündən axan yağışlar
Döndərir səhraları selə
Saçına qopan fırtınalar
Əsərkən ruhumda hələ
Dedilər "Bu kız neymiş?"
Dedim: "Fəlakət, fəlakət!"
[Nəqarət]
Fəlakət
Bu qız bir afət, bir afət
Gözün gözümə dəysə
Qopar qiyamət, qiyamət
Yaratdın dünyamda zəlzələ
Hələ yellənir bu hərgələ
İtirdim qəlbimi mən yenə
Ah fəlakət, fəlakət
[Verse 2]
Bombalar yağar bu şəhərə sevişdiyimizdə
Zərbələr vurar ruhuma
Səni düşünüb hər içdiyimdə maddələr
Susayaram sənə,danışa bilmərəm acam, susayaram sənə
Səni mənə,məni sənə heç izzah edə bilmədim çox
Fırtınaların qopdu, dalğaların boğdu
Yalanlarım çoxaldı
Sabahlarım lavlarının ən altında qaldı
Hiddətinin şimşəyi bütün şiddətiylə vurdu
Nə özləminin ucalığı uçurumdan fərqli
Nə yüzdə biri qədər cəhənnəmin sənə rahat
Evim, damım, pəncərəm, qapım, bu başımdan uçdu
Göy yerə düşdü, siyrildi sıtkı
Fəna fəna, çox
Həm eşq, həm lənət
Hər an davam çox
Bəla və zəhmət
[Nəqarət]
Fəlakət
Bu qız bir afət, bir afət
Gözün gözümə dəysə
Qopar qiyamət, qiyamət
Yaratdın dünyamda zəlzələ
Hələ yellənir bu hərgələ
İtirdim qəlbimi mən yenə
Ah fəlakət, fəlakət