16 yaşımda dedim sakitcə:
"istəyirəm"
"İstəyirəm böyük olum, qalib olum,
sevincli olum, yalansız!"
16 yaşımda dedim sakitcə:
"istəyirəm!"
"İstəyirəm hər şeyi - yoxsa heçnəyi"
Mənim üçün gərək qırmızı qızılgüllər yağsın,
Mənə gərək bütün möcüzələr qarşılaşsın.
Dünya gərək özünü yenidən qursun,
və öz dərdlərini özünə saxlasın.
Və sonra, dedim yenə:
"İstərəm: Anlayım, çoxlu görüm,
təcrübə edim, qoruyum"
Və sonra, dedim yenə:
"İstərəm: yalnız qalmayım
Və əlbəttə azad olum."
Mənim üçün gərək qırmızı qızılgüllər yağsın,
Mənə gərək bütün möcüzələr qarşılaşsın.
Tale gərək mülayim davransın,
Mənim qismətimi sevgilə yönləndirsin.
Və bugün dedim sakitcə:
"İstəyirəm: gərək mən güzəştli, razı olum -
mən güzəştli ola bilmirəm,
Razı ola bilmirəm,
İstəyirəm həmişə qalib gəlim,
İstəyirəm hər şeyi - yoxsa heçnəyi!"
Mənim üçün gərək qırmızı qızılgüllər yağsın,
Mənə gərək tamamilə yeni möcüzələr qarşılaşsın.
Köhnədən uzaq yenidən başlansın,
Gözləniləndən daha çoxu yaşansın.
İstəyirəm!
İstəyirəm!