current location : Lyricf.com
/
Songs
/
Euphoria [Azerbaijani translation]
Euphoria [Azerbaijani translation]
turnover time:2024-10-05 14:58:24
Euphoria [Azerbaijani translation]

Niyə,

Niyə bu an bir ömürlük davam edə bilməz?

Bu gün -

Bu gün əbədiyyətin qapısı açıqdır.

Yox!

Etdiyin şeyləri heç dayandırma.

Getmə,

Aldığım hər nəfəsdə səninlə nəfəs alıram...

Eyforiya -

Həmişəlik, zamanın sonunadək.

Bu andan ancaq sən və mən

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Eyforiya -

Ucsuz-bucaqsız bir sənət əsəri.

Qəlbimdə döyünən sevgi

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Biz buradayıq,

Biz öz kainatımızda təmtəkik.

Biz azadıq -

Harada ki hər şey icazəlidir və sevgi ilk olaraq gəlir.

Sonsuzluğacan birlikdə

Biz əbədiyyətə qovuşuruq.

Biz yüksək, yüksək və yüksək oluruq,

Biz ilahiliyə çatırıq!

Eyforiya -

Həmişəlik, zamanın sonunadək.

Bu andan ancaq sən və mən

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Eyforiya -

Ucsuz-bucaqsız bir sənət əsəri.

Qəlbimdə döyünən sevgi

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Sonsuzluğacan birlikdə

Biz əbədiyyətə qovuşuruq.

Biz yüksək, yüksək və yüksək oluruq,

Biz ilahiliyə çatırıq!

Eyforiya -

Həmişəlik, zamanın sonunadək.

Bu andan ancaq sən və mən

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Eyforiya -

Ucsuz-bucaqsız bir sənət əsəri.

Qəlbimdə döyünən sevgi

Biz göylərə u-u-u-u-u-u-uçuruq!

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by