Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə yox, ondansa yuxarı.
Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Eşqi var idi Şəhriyar'ın* güllü çiçəkli,
Əfsus qəza vurdu, xəzan oldu baharı (x2)