Səninlə çox çətin mənə,
Sənsiz daha da dözülməz!
Sevincdən pay verən adam,
Burnundan gətirməz!
Niyə zəng çatmayır sənə?
Mesajlarım da cavabsız!
Elə bil dağ başındasan,
Sənə çatmaq imkansız
Dam-dam-damlalar axacaq,
Gözlərimdən ürəyə...
Dam-dam-damlalar dolacaq,
Gəzdiyimiz küçəyə...
Dam-dam-damlalar susacaq,
Ehtiyac yox sözlərə...
Dam-dam-damlalar axacaq,
Yağış yağır şəhərə...
Sənə mən çox bağlanmışam,
Mənə ziyandır bu sevgi!
Ola bilməz yanılmışam,
Nə edim bəs indi?
Niyə zəng çatmayır sənə?
Mesajlarım da cavabsız!
Niyə zülm edirsən mənə?
Belə olmaz...insafsız!