current location : Lyricf.com
/
Songs
/
CORALINE [Azerbaijani translation]
CORALINE [Azerbaijani translation]
turnover time:2024-12-26 15:44:15
CORALINE [Azerbaijani translation]

Mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline

Coraline, günəş qədər gözəl

Əzmli bir ürəyə sahib savaşçı

Qırmızı qızılgül kimi saçlar

O qiymətli mis kimi tellər, sevgilim, onları mənə gətir

Zənglərin çaldığını eşitsən

Coraline'in ağladığını görərsən

O başqalarının kədərini alar

Və öz içində daşıyar

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline

Amma o həqiqəti bilir

Davam etmək hər kəsə görə deyil

Ortadan ikiyə bölünmüş bir ürəklə

Artıq soyuqdur

O hələ də uşaqdır amma hiss edir

Bir ağırlıq və tez ya da gec qırılacaq

İnsanlar belə deyəcək: "O heç nəyə layiq deyil"

Qapıdan bayıra belə çıxa bilmir

Amma bir gün bacaracaq

Və mən ona böyüyə biləcəyini dedim

Əşyalarını götürüb gedə biləcəyini

Amma o bir canavar hiss edir onu qəfəsdə saxlayan

Yolunu mina ilə örtən

Və mən ona böyüyə biləcəyini dedim

Əşyalarını götürüb gedə biləcəyini

Amma Coraline yemək yemək istəmir, yox

Bəli, Coraline yox olmaq istəyir

Və Coraline ağlayır

Coraline qayğılanır

Coraline dənizi istəyir amma sudan qorxur

Və bəlkə də dəniz onun içindədir

Və hər söz bir baltadır

Belində bir kəsik

Üzən bir sal kimi

Daşan bir çayda

Və bəlkə də çay onun içindədir

Atəş və soyuq olacağam

Qışın ortasında qaranlıq

Sənin nəfəs aldığın nə varsa o olacağam

İçindəkiləri anlayacağam

Və içəcəyin su olacağam

Yaxşılığın anlamı

Əsgər də olacağam

Ya da gecənin işığı

Və bunun qarşılığında heç nə istəmirəm

Sadəcə bir gülümsəmə

Sənin kiçik göz yaşlarının hər biri mənim üzümdə bir okeandır

Və bunun qarşılığında heç nə istəmirəm

Sadəcə bir az zaman

Qalxan olacağam

Ya da gümüş qılıncın

Və Coraline ağlayır

Coraline qayğılanır

Coraline dənizi istəyir

Amma sudan qorxur

Və bəlkə də dəniz onun içindədir

Və hər söz bir baltadır

Belində bir kəsik

Üzən bir sal kimi

Daşan bir çayda

Və bəlkə də çay onun içindədir

Və mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline mənə həqiqətini de

Coraline, Coraline

Coraline, günəş qədər gözəl

O bədəninin meyvəsini itirdi

Heç vaxt sevgini tanımadı

Amma heç ata kimi olmayan bir ata

Ona dedi ki: şəhərdə

Divarları çox güclü bir qala var

Onun içində yaşasan

Səni artıq heç nə incidə bilməz

Səni artıq heç nə incidə bilməz

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Måneskin
  • country:Italy
  • Languages:Italian, English
  • Genre:Alternative, Rock
  • Official site:https://www.maneskin.it/
  • Wiki:https://it.wikipedia.org/wiki/Måneskin
Måneskin
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved