current location : Lyricf.com
/
Songs
/
Canavar ünvanında lyrics
Canavar ünvanında lyrics
turnover time:2024-10-05 01:36:07
Canavar ünvanında lyrics

Son addımında ehtiyatlı ol!

Bizə qarşı çıxarsan, sonuncu addımındır,

Ölüm sənə yaxındır

Üzməyə özünü cırma, dəniz deyil bu, axmaq,

Bu qanlı bir axındır, yaxın dur!

Əvvəl-axırı budur, insanlar mat, məəttəl,

Mən onlardan əvvəl yaranıb, öldüm lap əvvəl.

Qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar,

"Qarın qardaşdan irəli" - deyən harın yaranmışlar,

Narın yağışlar qədər səhnədə alqışlar,

Səngərdə sərkərdə kimi döyüşər, vuruşar.

İçimdə müharibə, sözlərim top, tüfəngdir,

Həyatın məktəbdirsə, bugün sonuncu zəngdir!

Bu gün son dəfə ağla, gül, bağla səhifəni,

Özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni!

Bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma,

Sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama!

Mən yummuram gözümü alçaqların yanında

Və çatdırdım sözümü şərəfsizlərə sonunda.

Çəkilibdirsə adım "Canavar" ünvanında,

Qanımda var quduzluq, dayanmayın yanımda!

Təhlükə anında bir addım geriyə və hücum,

Bu sətirlər vücudum, tükənməzdir gücüm.

Mənim kağız, qələmim səbəblərin sorağında,

Sənin qızın, gəlinin ərəblərin qucağında.

Mənim əsəblərim gərgin və tələblərim zəngin,

Sənin ailən, həyatın, qazandığın pullar çirkin.

Bu gün son dəfə qazan, mən udan, sən uduzan,

Mən yazan, pozan, gözlərim qandır, quduzam.

Bu gün son dəfə yaltaq, ikiüzlü satqın ol,

Bu gün son dəfə gir günaha, yetimlərin haqqını al.

Bu gün son dəfə oğurla, günahsızlara şər at,

Son dəfə məktəblərə zəhər, düşmənə silah sat.

Son dəfə qadın al-veri, son dəfə qumarxanalar,

Sənin kimilər sənə bu gün son dəfə arxalanar

Və bu gün son dəfə görəcəyin bu basılan tətik,

Sənə demirəm hələlik,

Həmişəlik!

Mən yummuram gözümü alçaqların yanında

Və çatdırdım sözümü şərəfsizlərə sonunda.

Çəkilibdirsə adım "Canavar" ünvanında,

Qanımda var quduzluq, dayanmayın yanımda!

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by