Qara xəbər tez eşidilir unudsun məni demişsən
Məndə qalan şəkilləri, məktubları istəmisən
Üzülmə sevdiyim bir daha çıxmaram qarşına
Sənə son dəfə yazıram, xatirələr yetər mənə
Unudma ki dünya fani verən Allah alır canı
Mən necə unudaram səni can bədəndən çıxmayınca
Qurumuş bir çiçək tapdım məktubların arasında
Bir tək onu saxlayıram, onu da çox görmə mənə
Eşqlərin ən gözəlini yaşamışdıq illərcə
Bütün kədərli mahnılar xatırladır səni mənə
Unudma ki dünya fani verən Allah alır canı
Mən necə unudaram səni can bədəndən çıxmayınca
Qırıldı qanadım qolum nə yerim var nə yurdum
Qurbət elə düşdü yolum yuvasız quşlar misalı
Səlvi boylum sənin üçün dözərəm bu yazğıya
Belə yazmışsa yaradan, qara torpaq yetər mənə
Unudma ki dünya fani verən Allah alır canı
Mən necə unudaram səni can bədəndən çıxmayınca