Başım döndü sənin baxışlarından
Sakit gülüşlərin isitdi məni
Özümü itirib sənin yanında
Susmağın oyatdı yatmış qəlbimi
Buz kimi otağımda sən mənimləsən
Buz kimi otağımda sən həsrətimsən,
Buz kimi əlimi tutub isitdin
Məni öpüşünün əsiri etdin
Hər şey buz kimi idi..əridi, getdi..
Sevgim buz kimi idi.. yox olub, itdi..
İndi hər gecəmdə xəyal olmusan
Adını yazıram yuxularımda
Özümdən xəbərsiz mənim olmusan
Bilinməz yolumsan həyatımda.