Hər şey mənə maraqlı gəlir, günün necə keçir
Ah de mənə
Səni nə xoşbəxt edir
Ah yaz mənə
Sənin hər bir şəklini
Yastığımın altına qoymaq istəyirəm, ah gözəlim
Gəl mənim müəllimim ol
Haqqındakı hər şeyi mənə öyrət
Sənin 1-in, sənin 2-in
Gözəlim qulaq as, mən
Göydə uçuram
(Mənə verdiyin iki qanad ilə)
İndi çox yüksəklərdəyəm və
Gözlərimə baxmağını istəyirəm
Hə, məni sevən bir oğlana çevirirsən
Oh my my my oh my my my
Məni çox tez havalandırdın
Hər şeydə səninlə olmaq istəyirəm
Oh my my my oh my my my
Məni çox sürətlə uçurtdun
Deyəsən indi başa düşürəm
Sevgi heç də güclü deyil
Sevən bir oğlandan
Sevgi heç də güclü deyil
Sevən bir oğlandan
Səni tanıdığım andan.
Bütün həyatım yalnız sən oldun
Sən adiləri qeyri-adiyə çevirən o ulduzsan
Bir-birinin ardınca, hər şey xüsusidir
Səni maraqlandıran şeylər, yerimək və ya danışmaq tərzin
Və bütün xırda vərdişlərin
Hər kəs deyir ki,
Əvvəllər kiçik idim və indi bir qəhrəman olmuşam (Oh yox)
Mən isə deyirəm
Taleyə heç vaxt inanmamışam (oh yox)
Dünya sülhü (ola bilməz)
Yaxşı bir yaşayış (ola bilməz)
Sadəcə səni qoruyacam
(Sevən bir oğlan)
Gözəlim qulaq as, mən
Göydə uçuram
(Mənə verdiyin iki qanad ilə)
İndi çox yüksəklərdəyəm və
Gözlərimə baxmağını istəyirəm
Hə, məni sevən bir oğlana çevirirsən
Oh my my my oh my my my
Məni çox tez havalandırdın
Hər şeydə səninlə olmaq istəyirəm
Oh my my my oh my my my
Məni çox sürətlə uçurtdun
Deyəsən indi başa düşürəm
Sevgi heç də güclü deyil
Sevən bir oğlandan
Sevgi heç də güclü deyil
Sevən bir oğlandan
Açıq danışacam
Bəzən lovğa davranırdım
Yüksək səma, geniş zallar
Bəzən mənə qaçmağa icazə verilməsi üçün dua edirdim
Ancaq sənin ağrın mənim ağrımdır.
Mən bunu başa düşəndə özümə and içdim,
Mənə verdiyin Ikarus qanadları ilə
Günəşə deyil, sənə tərəf
Qoy uçum
Oh my my my oh my my my
Məni çox tez havalandırdın
Hər şeydə səninlə olmaq istəyirəm
Oh my my my oh my my my
Məni çox sürətlə uçurtdun
Deyəsən indi başa düşürəm
Daha güclü bir şey istəyirəm
Anlıq, anlıq sevgidən
Sevgi heç də güclü deyil
Sevən bir oğlandan