Bir dəfə gəlmisən bu axmaq dünyaya,
Olanları unutmaq çox çətindi, inan mənə
Sevdiyin insan belə artıq yalan danışır,
Yaşadığın xatirələr ağrı verməyə başlıyır
Bir körpüdən keçirəm,
Xoşbəxt kimiyəm sanki
Geridə bir şəhər buraxdım, bir də sevgili
Yuxumu bu gerçəkmi, inan, anlamıram
Bu şəhər məni içinə çəkir,
Xilas ola bilmirəm
Olanlar yetməzmiş kimi bir də mesaj gəlir
"Uğurlar, əlvida" bir bir təkrarlanır
Yaxşıca dağıtmaq üçün biraz daha içirəm
Sonra oturub səfeh kimi zırıl zırıl ağlıyıram
Gedirəm buralardan, dönürəm dayanmadan
Oyan artıq, oyan, bitdi röya
Sevirəm, soruşmadan, öpürəm, zorlamadan
Dayan artıq, dayan, bitdi röya
Bir dəfə gəlmisən bu axmaq dünyaya,
Olanları unutmaq çox çətindi, inan mənə
Yazdığın sətirlər belə artıq yalan danışır,
Dediyin sözlər ağrı verməyə başlıyır
Bir körpünü yandırıram, xoşbəxt kimiyəm sanki,
Geridə bir şəhər buraxdım, bir də sevgili
Doğrumu yanlışmı, inan, vecimə deyil
Bu şəhər məni əsir eliyir, xilas ola bilmirəm
İnanmazsan, bir röya həyatımı dəyişdirir,
O mesajı unutmam üçün mənə bir şans verir
Bu yuxudusa, həqiqətən, artıq oyanmaq istiyirəm
Xoşbəxtlik belə ağrı verir, çünki sonu var bilirəm
Gedirəm buralardan, dönürəm dayanmadan
Oyan artıq, oyan, bitdi röya
Sevirəm, soruşmadan, öpürəm, zorlamadan
Dayan artıq, dayan, bitdi röya
Gedirəm buralardan... dönürəm dayanmadan...
Sevirəm soruşmadan...
Dayan artıq, dayan
Gedirəm buralardan, dönürəm dayanmadan
Oyan artıq, oyan, bitdi röya
Sevirəm, soruşmadan, öpürəm, zorlamadan
Dayan artıq, dayan, bitdi röya
Gedirəm buralardan, dönürəm dayanmadan
Oyan, oyan, oyan! Bitdi röya!
Sevirəm, soruşmadan; öpürəm, zorlamadan
Dayan, dayan, dayan!
Bitdi röya!