current location : Lyricf.com
/
Songs
/
Bir Kadın Çizeceksin [Azerbaijani translation]
Bir Kadın Çizeceksin [Azerbaijani translation]
turnover time:2024-09-21 04:49:00
Bir Kadın Çizeceksin [Azerbaijani translation]

Nə qədər oldu bu həyata gələli

Söylə, nə olacaqsan böyüyəndə deyə soruşulan suallar tarix oldu, ama sənin başın hələ də doludur

Bax mənim, bax sənin, bax onun deyə paylaşırsan həyatı üç qəpiklik sevginlə

Nə? O da aldatdı səni?

Bəs indi? Nə qaldı geriyə?

Bax sən çox təəssüf ki klassik bir tablosan dostum

Nə edirsən et boşsan

Nə olsun oxumusan, ama bəs etməz, sadəcə bununla dərdlər bitməz

Çıxacaqsan qabığından, sıxıntıdan xilas edəcəksən özünü

Ona görə yaşamaqdan əl çəkib dönəcəksən gerçəklərə,

Ama bundan əvvəl:

Bir qadın çəkəcəksən

Onun kimi atıb getməyəcək

Gizlədib basdıracaqsan (ki səndən başqa)

Kimsələr sevə bilməyəcək

İndi bunlar bəs etməz kimi bir də özünü eşqə mi atdın, yaxşı bəsdir

Burax adam kimi şeylərlə məşğul olmağı

Hərkəs kimi əylən yaşa həyatını

Əylənə bilmirsənsə belə rola gir, nə et amm yarat öz yalan dünyanı

Çünki bunlar pul qazandırır bax sevgi belə yalan olub

Bazarda qovrulub, hərkəs dəli olub,

Canım dediyin belə arxandan vurub

Bütün bunları bilərək yaşa və əsla!

Ama əsla içindəkiləri tükətməyi belə düşünmə

Bir gün gələcək göstərəcəksən özünü, sevgini, nələr istədiyini

İndilik alacaqsan əlinə qələmi, qusub tökəcəksən nifrətini

Bir qadın çəkəcəksən

Onun kimi atıb getməyəcək

Gizlədib basdıracaqsan (ki səndən başqa)

Kimsələr sevə bilməyəcək

Birdən duracaqsan soruşacaqsan özündən

Niyə bu dövran belədir, niyə hərkəs saxtadır

Sonra baxacaqsan, görəcəksən çarən yoxdur

Davam edəcəksən yalandan yaşamağa

Bir qadın çəkəcəksən

Onun kimi atıb getməyəcək

Gizlədib basdıracaqsan (ki səndən başqa)

Kimsələr sevə bilməyəcək

Bir gün gələcək göstərəcəksən özünü, sevgini, nələr istədiyini

İndilik alacaqsan əlinə qələmi, qusub tökəcəksən nifrətini

Çıxacaqsan qabığından, sıxıntıdan xilas edəcəksən özünü

Ona görə yaşamaqdan əl çəkib dönəcəksən gerçəklərə,

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by