current location : Lyricf.com
/
Songs
/
Bilmir hələ lyrics
Bilmir hələ lyrics
turnover time:2024-10-18 08:26:46
Bilmir hələ lyrics

Bənd 1

Bəlkədə bilmirki onun hər baxışı

Biixtiyar cəlb eliyir diqqətimi

Ağlımı başımdan alan davranışı

Ona daha çox artırır məhəbbətimi

Kimsə mənim halıma gülməsin deyə

Bəlli etmirəm nəqədər qısqanıram

Onu necə istədiyimi bilməsin deyə

Hər onu gördükdə soyuq davranıram

Nəqarət x2

Gizli məhəbbət salıb hər işimə düyün

Sanki məni edib qarşısında kölə

Hissimi aşkar deyə bilmədiyim üçün

Onu nəqədər sevdiyimi bilmir hələ

Bənd 2

"Ola bilər sevir" - belə verməklə qərar

Özümü təsəlli eliyirəm baş qatıram

Bəlkə onun xəyalında özgəsi var

Mənsə onun xəyallarıynan yatıram

Çoxdu məhəbbət diləyən

Onların birinci mən, bilki mənəm

Çoxdu istədiyinə gizli zəng eliyən

Sənə də ocür zəng olarsa bilki mənəm

Nəqarət x2

Gizli məhəbbət salıb hər işimə düyün

Sanki məni edib qarşısında kölə

Hissimi aşkar deyə bilmədiyim üçün

Onu nəqədər sevdiyimi bilmir hələ

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by