O qədər yaxın oldun ki, gülüm sən mənə
Qoymadın ayrılığaa dözüm sən mənə
Bağladın məni özünə bu qədər dərin
İndi gəl eyləmə belə zülm sən mənə
Bir yana olsun yaraşığın gözəlliyin
Sevdirib məni özünə bil ki ürəyin
Bircə məhrum eyləmə sən məni özündən
Başqa lazım deyil mənə başqa heç nəyin
Bilirsənki səndən ayrı qala bilmərəm
Bilirsənki sevərək ayrıla bilmərəm
Hər hal olunur iki ürəyin bir olması deyil
Qalar ürəyim səninlə ala bilmərəm
Nədir parlayan eşqində bu qaranlığın
Öldürür narahatlığın nigaranlığn
Təsəvvür edəndə səni özgə biriylə
Didir parçalayır məni bu qısqanclığım
Mənə ve sənə də özgə tapmaq asandır
Ötən bir həvəslə başı qatmaq asandır
Amma mənii kimsə sənə əvəz edə bilməz
Sevgisiz eşq macərası saxta yalandır
Məndədir bir temiz sevgi məhəbbət payı
Məndədir saf sevgin ilə axan bir çayı
İnan dəyişə bilmərəm səni bir özgəyə
Mənim gözüm bircə səndə ol sən arxayın