Artıq baxışlarında o vaxt ki ifadə yoxdu
Artıq sənə qarşı olam hisslərimi adı yoxdu
Artıq sözlər belə yarım qalıb ardı yoxdu
O vaxtı geri dönə bilərdi artıq ixtiyarı yoxdu
Əlimi tutmağa , yox ixtiyarı unutmağa
Keçən o gözəl günləri , xatirələri qırağa atmağa
İtirib gül camalındakı qəmzəsin hər gün ağlamaga
Özlüyündə üzüdə qalmıyıbdı artıq üzümə baxmağa
Dəyişib saç düzümünü , dəyişib gülüşlərini
Bu dəfə başqasıda yoxduki gəlib quruda dənizlərini
Ayrılıqsa qəliz gəlmir ona çünki o itirib daha saf hisslərini
Geriyədə dönə bilmir qarışdırır ayaq izlərini
Yoxdu bir dəvası dərdinin , yoxdu çarəsi
Boğulur öz bağırtılarında yox duyan naləsin
O itirib artıq ailəsin öz yalan dolanlarında
Güvənidə qalmıyıb özünə qarşı addımları iradəsiz
Ovuclarıma sığınan cümlələrin intizarıdı bu
Səmaya qalxan ruhumun ürəyimə fəryadıdı bu
Cəhənnəm izdirabıdı bu hansı ki yandırır canımı
Əzəldən günah idi bu indi yorur vicdanımı
Bəlkə də əvəlki vaxtlara geri dönmək istəyərdim
Həmən ki skameykada həminki həyəcanla
Yolunu gözləyən o insanın yerində olmaq istəyərdim mən həmənki tənhalığımla
Heyif ki pozduğumuz andlar buna imkan vermir
Nə qədər sadə görünsədə ayrılıq canımdan can alır bugün
Məhəbbətə kör gözləriylə baxan insan sevmir
O insanın yeridiki ürəyidə boş qalıb bugün
Doğma prospektdən yad biri kimi ötüb keçmək
Bu küt nəzərlə kəsilmir soyuğ addımların ardı
İslanmış səkidəki ayaq izlərini ayırd etmək
Bu küçədən hər keçdiyimizdə məni qucağlıyardı
Birinci dəfə məhs bu yerdə toxunmuşdum əllərinə
Sakitcə qucağlıyıb eşqi etiraf eləmişdim
Utandığımnan baxa bilməmişdim gözlərinə
Ama necə sevindiyimi ilk öpüşdən hiss eləmişdi
O gündən ümidlərimi azad elədim boz səmaya
Artıq üzülməyim üçün bir səbəb qalmamışdı
Bu gedişlə sevgimiz addım atdı düz bir aya
Gecə təbrik mesajı yazanda sevincdən ağlamışdım
Yəqin onada xoş gəlirdi körpə tək sevilməyi
O gənc yaşımda uşağlıgımı geriyə qaytarırdı
Ən dar vaxtlarında belə ikimizi bir düşünməyi
Məni məndən alıb ayrı bir yerə aparırdı
Bakının küçələrində Paris'də imişik kimi gəzmək
Yorgun halının ardınnan üzümə gülüş səpir
Hər gün eyni küçədən ilk dəfə imiş kimi keçmək
Həmin ki həyəcanı duymağ birazca gülümsədir
İkinci ayı geridə qoyduq biraz soyuğluq var idi
Çünki təkcə sevgi bəs eləmirdi bəzi şeylər üçün
Üzülməyini isdəmirdim həyatı yaxşı olmalıydı
"Canım hər şey düzələcək" deyirdim gözlərindən öpüb
Nədənsə inancı belə qalmamışdı heç nəyə qarşı
Elə bil kimsə əlindən bütün ümidlərini almışdı
Mən yenə yanında olmağa calışırdım pis , yaxşı
Ama bunu hiss edə bilmirdi , mənidə yadırğamışdı
Beləcə ötüb keçən hər gün dahada pisləşirdi
Hətta günahıda özümdə görməyə başlıyıdım
Hər şey düzəlmək əvəzinə dahada qəlizləşirdi
Artıq münasibəti ayaqda tək saxlıyırdım
Get gedə azalmışdı görüş günləri
Mən mesaj yazmadığca qürur eliyib salmırdı yada
Gözümnən gözün qaçırdır , yalandan gülüşlərindən
Başa düşürdüm ki əvvəlki kimi sevmirdi daha məni
Nə biləydim ki sonunda ayrılıq var bu çağların
Heyf ki bu qədər xoşbəxtlik ona dərd olmuşdu
Mən ayrı qalmağ isdəmirəm deyib bərk qucağlıyıb
Barışmağ isdiyəndə o nöqtəni çoxdan qoymuşdu
O günün axşamında qaraladığım 5-6 cümlə
O qədər yaşanılmışlıglarımıza tamam tərs gəlir
Sonuncu görüşümüzdən ötüb keçən 16 gündə
Hər gün evə gəlməyini sakitcə izlədim sənin
Nə deyim çox darıxmışam təbəssümün üçün
Çün ki bu məni xoşbəxt edən yeganə şey idi
Artıq bəhanəmdə yoxdu yolunu gözləməyimçün
Çünki o görüşə gecikib özgə birini gözlədir indi
Mən özümü sənlə birgə təsəvvür etmişdim
Məni sənsiz görən insanları kor olub deyə düşünürdüm
Nə qədər yanıldığımı çox gec dərk etmişdim mən
Sən demə xəyalındakı sevgin deyilmiş ömürlük
Kiçik bir boşluğu səhfən böyük sevgi ilə doldurub
Çoxdan həddini aşmışdım eşq ehtiyacının
Sənə günəş olmuşdum mən , özgə çiçəyi soldurub
Bu ömür baxçasında bircə səndə görüb əlacımı
Bir uşaq təbəssümündəki saflıqdan əsər yoxdu
Bu adam mən deyiləm , axı bunu sən yaratmısan
Hələdə gəlib gedir səni soruşur mənnən çoxsu
Sənsə məndən əlçəkib özgə könlünə yatmısan
Ən gözəl bəhanən idi sənin məni uzağda görməyin
Hər şey yola düşə bilərdi ayrılıq olmamalıydı
Mənim ətrim qoxan bəyaz cizgili mavi köynəyin Naxışlarına başqa birinin əli toxunmamalıydı
Yetəri qədər uzağlaşa bilmişdi məndən axır
Sonuncu sözü olmuşdu ki " gedirəm , qayıdan deiləm"
Özü dəfələrlə dediki ayrılacayıq əvvəl axır
Ama hər nə olsada mən heç nəyə görə peşman deiləm
Sən qol qanadımsan demişdi ilk başlarda
İndi qolları başqa ünvanda qanadsız qalıb
Dedik bu möcüzə olardı əgər bir yaşlansaq
Möcüzəyə inanmır indi , sözüm cavabsız qalıb
Heyif ki bitdi bu sevda dörd ay tamam olmadan
Ona həsrət çəkməyə qoymurlar özgə diyarda
Dediki çıxma önümə birdə əgər heç qarşılaşmasaq
Rahatca unudaram və zərrə qədər canım yanmaz
Necə rədd edə bildiyinə baxdım təəccüb içində
Son 21 ildə məni kimsə bu qədər yormamışdı
Təbiiki hörmətlə yanaşırdım hər bir seçiminə
Ama artığ hörmət edəsi bir seçimdə qalmamışdı
Olan olub artığ keçib olana çarə olacağlardı
Təkcə gələcəyə baxmağ keçmişi unutdurmur
Sənin haqqında yazdığım dəftərdə ocaq yandı
Qıraqda qalan hər vərəq umidə sübutdurmu
Ürəyim səni sevdikcə daxilən məhv olurmuşam
Elə bil dörd ay öncə ölüb dünən dəfn olunmuşam
Yalnış səhnədəymişəm ya tamam səhf roluymuşam
Bəsdir əlçəkin artıq məndən çox yorulmuşam...
İndi öz dərdinə yan səni mənsiz həyat gözdüyür
İndi yıxılsanda əlini tutan biri olmuyacaq
O getdiyin yolda gəlib tənha tapacağlar səni
Geri dönəcəksən amma inan həminki biri olmuyacağ
Bu haqda heç bir şey danışmaq isdəmirəm daha
Canımı yandırır hər bir cümlədə içimdən gələn
Sən bilən əvvəlki gücümdə yoxdu səni unutmağa
Çıx get indi haqqımı halal eləmirəm sənə ...