Badamlı – nə sərin! Badamlı – nə şirin!
Badamlı – adı var! Badamlı – dadı var!
Dərdlərin dərmanı,
Belə su, de, hanı, axtar, dolan bu dünyanı.
Badamlı – qazı var! Onun da bazı var.
Sezonu yaz olur. Heyif ki, az olur.
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı, hey!
Nəqərat:
Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın.
İç onu, ürəyin, qoy sərin olsun!
Badamlı lal axır, Badamlı qol axır.
Bulaqdan su çıxır – deyirsən, bal axır.
Dərdlərin dərmanı… Belə su, de hanı,
Axtar, dolan bu dünyanı…
Badamlı məzəli, süfrələr gözəli,
Şüşəsi, qədəhi əlbəəl gəzəli
Çox olur şöhrəti, xoş sözü, söhbəti.
Gəzir eli onun şanı, hey…