Vətən məni yetişdirib,
Bu ellərə yolladı
Bu torpağa qurban deyib
Allaha ismarladı
Boş oturma, çalış, dedi,
Xidmət elə Vətənə
Südüm sənə halal olmaz
Sən baş əysən düşmənə
Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri
Azərbaycan əsgəri!
Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun
Biz bu yoldan dönər olsaq
Namus bizə ar olsun!
Nə gözəldir ölmək bizə
Sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə
Daima için-için
Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri
Azərbaycan əsgəri!