Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların.
Bizimlə bir başlamışdır gözəl çağların
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım.
El bilir ki, tükənməyən sərvətin vardir,
Sinən üstü ağ pambıqlı göy tarlalardır.
Buruqların göy Xəzərdə qatar-qatardır...
Yurdum-yuvam, məskənimsən, Azərbaycanım.
Anam doğma vətənimsən, Azərbaycanım