current location : Lyricf.com
/
Songs
/
Aysel lyrics
Aysel lyrics
turnover time:2024-12-24 12:52:08
Aysel lyrics

(verse: Qaraqan)

Qaranlıq otaq, dörd divar

Ayselin gözlərində daşa dönmüş arzular var

Yenə təkdi, qapısı bağlı arxadan

Yenə təkdi, onu yoxdu yada salan

Qaranlıq, valideynlər, davalar, söyüşlər

Ailəvi şəkillər, yalançı gülüşlər

Kriminal dram əsərinin səhnələri

Ayselin otağının bağlı pərdələri

Məktəb dəftərləri, qiymətlər, imtahan

Kaş biləydi müəllimlər ki,

Evdə ona uddururlar qan

Qaraqan, HOST, qulaqlarda mahnılar

Ancaq onları dinləyəndə bitir ağrılar

Ana şillələri, ata zərbələri

Aysel gündəliyindən cırır səhifələri

Hardasan HOST? məni valideynlərdən qurtar

Yumub gözlərin, təkrarlayır bu kəlmələri

(Nəqarət: Aysel)

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən mələyəm, vətənim göylərdi

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən gedirəm, məni heç kəs gözləməsin

(verse: Qaraqan)

Güzgünün qarşısında qara kapüşon

Aysel bu gün bütün şoulara qoyacaq son

Bezib artıq valideynlərdən qorxmaqdan

Düz 18 il evdə ev heyvanı olmaqdan

Bezib qadağalardan, bayıra çıxmaq olmaz

O sanki əşyadır, satılır, əl vurmaq olmaz

Olmaz zənglər, dostlar, heç nə eləmək olmaz

Ən böyük cinayət, Ayselə sevmək olmaz

Qara buludlar, pəncərəni döyür yağış

Qorxular pıçıldayır talehinlə barış

Qış əbədidir həyatında Ayselin

Ağlama, nolar ağlama Ayselim

Yaralı qanadlar qəfəsdə tələdə

Valideynlər, davalar yenədə hələdə

Qara gözlər bezib eyni mənzərədən

Bu gecə Aysel uçacaq bu gün pəncərədən

(Nəqarət: Aysel)

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən mələyəm, vətənim göylərdi

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən gedirəm, məni heç kəs gözləməsin

(verse: Qaraqan)

Bir milyon qız bu dəqiqə eyni vəziyətdə

Bakıda, kəndlərdə çəkirlər əziyyətlər

Bağlı otaqlarda bir milyon Ayseltək

Fidanlar, Səbinələr, Leylalar, Aytənlər

Ədalət - qızlar və oğlanlar bərabər

Kaş bunu anlayardı mehriban valideynlər

Adətlər yaşayır, məhv olur talehlər

Bir milyon qız şikayətçi indi talehdən

Azaqlıq - bu nə əxlaqsızlıq, nə tərbiyəsizlik

Azadlıq - qızlar da insan kimi yaşamaq istəyir

Azadlıq - bu hər bir vətəndaşın saf hüququ

Qadınlar nə dustaqdı, nə düşməndi, nə quldu (x2)

(Nəqarət: Aysel)

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən mələyəm, vətənim göylərdi

Mən azadam, mavi səmada göyərçin

Mən azadam, qanadlarım artıq güclü

Mən azadam, qıracam bu qəfəsləri

Mən gedirəm, məni heç kəs gözləməsin

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Qaraqan
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved