current location : Lyricf.com
/
Songs
/
Ayrılıq lyrics
Ayrılıq lyrics
turnover time:2024-06-28 15:05:11
Ayrılıq lyrics

Bənd 1

Burda sәnsiz әsir külәk, sәnsiz keçir zaman,

Sәnsiz otaq kiçilir, üstümә gәlir tavan.

Yağışlar da sәnsiz yağır, xәtrimә dәyir sәma,

Halsızam... sәnsizlik ziyandı sağlamlığıma.

... xәtrinә xoş olar bәndim,

Varlığınla nәfәs alan mәn idim, yox olan sәn idin.

Küpünә dolub daşar, tökülәr yerә, toz olar sәbrim,

İntiharda tәk ümidim o ki, boşalar kәndir.

İsti otaqda donuram sәnsiz, dәrәcәm mәnfi,

Sәni sevirәm hәrdәn amma arada yadıma gәlir sәhvin.

Ayrıldıq, uzaq düşdüm sәnә edәrәk ömrü tәhvil,

Gecә qucaqlayıb yatıram deyә tütün qoxur şәrfin.

Getdin bir gün, o günün ertәsi olmadı,

Ruhumu öldürdün, çox cismi yormadın.

Bir müddәt yox oldum, axtarmadın izimi sormadın,

Sәn mәnim hәrşeyim oldun mәndәn bir zibil olmadı.

Nəqarət

Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr,

Ayrılıqlar bol oldu soyudum axı hәr dәfә mәn.

Əgәr ki, sәndәn getsәm tut mәni, "getmә" denәn,

Yoxluğunda ruhum itir bir şeirdi әrsә gәlәn.

Bənd 2

Bilmirsәn, nә demәkdir bu şәhәrdә sәnsiz qalmaq,

Sәssiz qalmaq vә nәfәssiz qalmaq.

Başa düşmür mәni tәrs insanlar,

Şәkillәrdә üzüm gülәr, amma mәni dәrdsiz sanma.

Vaxtilә qəsddin canıma, kədəri qəlbə həkk edən,

Sәn hәr gecә geri dönәn olardın, sәhәri günsә tәrk edәn.

Divarların da halı yoxdu ki, yumruğumu bәrkidә,

Biz bir ailә olmadıq ki, masaya vuraraq әrk edәm.

Ruhən ayrısan, şeirdə, sözdə mənimsən,

Mənim sükutumsan, susanda səsimə səmirsən.

Səni düşünməməyin tək yolu yuxuya getməkdi,

O da ki, alınmır, yatan kimi yuxuma gəlirsən.

Sabahına unutmaram, mən hər gün - "bugün də sevirəm",

Mən səni gülərək sevmirəm can hüznlə sevirəm.

Çıxıb getsən belə səhvinlə, düzünlə sevirəm.

Narahat olma. Səni hər iki üzünlə sevirəm.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
BadClause
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
BadClause
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved