Bir nəğmə söylər aypara
Qovuşar sevgi yollara
Hər sevənin öz bəxti var
Axtaran tapar...
Bu gecə dinməz rüzigar
Bir ülvi sevgi önündə
Açılar bağlı qapılar
Axtaran tapar...
Mən səni görüb sevmişəm, mən sevgilim demişəm
Sənlə bəxtəvərik biz, qibtə etsin dost-tanış
Susmaz sevgi nəğməmiz, gəlsə qış-bahar
Susmaz sevgi nəğməmiz, gəlsə qış-bahar...
Hər ömür həsrət, vüsaldı
Əzəl gündən bir sualdı
Hərdən bir keçmişə boylan
Gör bir nə qaldı?
Qəlbən sevən xoşbəxt olar,
Qorxutmaz hicran, intizar
Hərənin öz qisməti var