Edim etiraf sevgimi, hisslərimi səmimi,
Elə tutmusan dəmimi, kimsə açmadı qəlbimi,
Duymadı iç aləmimi sənin kimi sənin kimi
Hər təam dilə dad olmaz, hər ürək sevgini duymaz,
Hər eşqlə könül şad olmaz, hər ötən xatirdə qalmaz,
Sənlə keçən hər anım unudulmaz unudulmaz
Kim deyər sevgi bəladı, saf sevgi xəyallardadı
Bizə gerçək realdadı, səninlə hər şey əladı,
Dünya başqa dünyadı,həyat şirin röyadı
Sevgimiz bir altun kimi bəxtimizə parladı,ömrümə bir mənadı
Şirinim şəkərim balım, baxışları mənalım,
Sənlə xodur əhvalım, qəlbin eşqə sövqü varsa,
Həyatın nə zövqü varsa sənlə səninlə alım