Sənin sayəndə
Çox sevdim sevildim
Sevdikcə eşq yandırarmış öyrəndim
Qəribə hekayəmdə
Bir tək mən məğlub oldum
Adıma yazılmış
Taleyimin önündə əyildim
Bir daha görməmək üçün
Geriyə dönməmək üçün
Həyata aid röyanı
Bir daha bölməmək üçün
Yanır yansın qalan ömrüm
Yıxıq tökük bərtərəf içim
Ən çətin amma ən doğru seçim
Səni unudmaq ...Sənin üçün
Hər nəfəsdə min can
Verərək yaşarmıyam
Qızıl qəfəsdə eşqi
Həps edəcək adamdımmı
Günahmı cəza min dəfə
Dönüb baxardımmı
Sənin üçün olmasa
Səndən qaçardımmı